Rusiyanın Hərbi Dəniz Qüvvələrinə məxsus "Yauza" və Türkiyənin nəhəng gəmilərindən biri Dardanel boğazında qarşı-qarşıya gəliblər. APA TV-nin Vesti.az-a istinadən məlumatına görə, 133 metrlik Rusiya gəmisi Çanaqqala bölgəsinə girdiyi zaman Türkiyəyə məxsus gəmi həmin istiqamətdə hərəkətdə olub.
Türkiyə gəmisini ölkənin sahil-mühafizə xidmətinin kiçik gəmiləri müşayiət ediblər.İki gün əvvəl Bosfor boğazında Rusiya bayrağı altında üzən sözü gedən gəminin saxlanıldığı xəbəri yayılıb. Xatırladaq ki, Bosfor boğazı Qara və Mərmərə dənizlərini birləşdirir.