Ukraynaya Avropadan dron əleyhinə raketlər tədarük edilib

Ukraynaya Avropadan dron əleyhinə raketlər tədarük edilib backend

Ukrayna Avropanın “Thales” müdafiə şirkətindən 70 mm-lik dron əleyhinə raketlər alır.

Qaziler.az xəbər verir ki, bu barədə “Business Insider” yazır.

Nəşr qeyd edir ki, Ukraynaya çatdırılan raketlər minlərlə kiçik polad topla doldurulmuş FZ123 döyüş başlıqları ilə təchiz olunub.

“Silahlar Ukraynada istifadə olunur və Kiyevin tələbi şirkətin istehsal gücünü üstələyir”, - nəşr iddia edir.

“Thales”in Belçikadakı törəmə şirkəti bu raketlərin qiymətini və ya neçə ədədin Ukraynaya çatdırıldığını açıqlamaqdan imtina edib.

QAZİLER.AZ