"Boeing" təyyarə istehsalında liderliyini itirib

"Boeing" təyyarə istehsalında liderliyini itirib backend

Fransanın təyyarə istehsalçısı olan “Airbus” şirkətinin “A320” təyyarəsi “Boeing”in uzunmüddətli liderliyini əlindən alaraq tarixin ən populyar təyyarəsi olub.

Qaziler.az xəbər verir ki, bu barədə “Reuters” yazır.

“Cirium” analitik şirkətinin məlumatına görə, 1988-ci ildə istifadəyə verilən “Airbus A320”nin ümumi tədarükü 12 260 ədədə çatıb.

Nəticədə, “Boeing 737” onilliklər boyu qoruyub saxladığı liderliyini itirib.

QAZİLER.AZ