Almaniyada şəhər merinə bıçaqla hücum olunub

Almaniyada şəhər merinə bıçaqla hücum olunub backend

Almaniyanın Herdecke şəhərinin meri İris Ştalzer bıçaqla hücuma məruz qalıb.

Qaziler.az bildirir ki, bu haqda “Der Spiegel” yazır.

57 yaşlı qadının vəziyyəti ağırdır.

Ştalzer Almaniya Sosial Demokrat Partiyasının namizədi seçilib. O, seçildikdən qısa müddət sonra hücuma məruz qalıb. Onun çoxsaylı bıçaq xəsarətləri aldığı bildirilir.

Hücum edənin kimliyi və motivləri hələlik məlum deyil. Hazırda Ennepe-Rur rayonunda polisin əməliyyatı davam edir, təfərrüatlar açıqlanmır.

QAZİLER.AZ