Fransanın keçmiş Baş naziri Makronu istefa verməyə çağırıb

Fransanın keçmiş Baş naziri Makronu istefa verməyə çağırıb backend

Emmanuel Makronun müttəfiqi və Fransanın keçmiş Baş naziri Eduard Filipp dövlət başçısını siyasi böhrana son qoymaq üçün istefa verməyə çağırıb.

Qaziler.az xəbər verir ki, bu barədə “Financial Times” məlumat yayıb.

"Fransa ölkəyə ziyan vuran siyasi böhrandan nizamlı və layiqli şəkildə çıxmalıdır. Bu vəziyyətin daha 18 ayı (Makronun qalan səlahiyyət müddəti) çox uzundur", - Filip bildirib.

O, yeni parlament seçkilərinin hakim çoxluğu təmin edə bilməyəcəyi ilə bağlı xəbərdarlıq edib ki, bu da böhranı daha da pisləşdirəcək.

QAZİLER.AZ