Suriya Müdafiə Nazirliyi kürdlərlə atəşkəs elan edib

Suriya Müdafiə Nazirliyi kürdlərlə atəşkəs elan edib backend

Suriya kürd koalisiyasının komandanlığı olan Suriya Demokratik Qüvvələri (SDQ) ilə ölkənin şimal və şimal-şərqində bütün cəbhə xətti boyunca tam atəşkəs haqqında razılığa gəlib.

Qaziler.az bildirir ki, SANA xəbər agentliyinin məlumatına görə, bu barədə Suriyanın müdafiə naziri Morhef Əbu Qəsrə bildirib.

Onun sözlərinə görə, bu barədə razılıq Dəməşqdə SDQ-nin baş komandanı Məzlum Abdi ilə görüşündə əldə olunub.

“Biz Suriyanın şimalında və şimal-şərqində bütün istiqamətlərdə və hərbi mövqelərdə hərtərəfli atəşkəsə razılaşdıq”, - deyə nazir bildirib.

Hər iki tərəfin razılaşmanı dərhal həyata keçirəcəyi gözlənilir.

QAZİLER.AZ