10 ölkə Əfqanıstanda hərbi obyektlərin yerləşdirilməsi cəhdlərini pisləyib

10 ölkə Əfqanıstanda hərbi obyektlərin yerləşdirilməsi cəhdlərini pisləyib backend

Əfqanıstan üzrə Moskva formatlı məsləhətləşmələrdə iştirak edən ölkələr Əfqanıstanda xarici hərbi obyektlərin yerləşdirilməsi cəhdlərini qəbuledilməz adlandırıblar.

Qaziler.az xəbər verir ki, iştirakçı ölkələrin birgə bəyanatı Rusiya Xarici İşlər Nazirliyinin bəyanatında qeyd olunub.

Forum iştirakçılarının fikrincə, Əfqanıstanda və ona bitişik dövlətlərdə başqa ölkələrin hərbi infrastrukturun yerləşdirilməsi “regional sülh və sabitliyin maraqlarına xidmət etmir”.

Görüş zamanı iştirakçılar Əfqanıstanda terror təhlükəsinin aradan qaldırılması və ölkə daxilində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə mübarizəyə sadiq olduqlarını bildiriblər.

"Tərəflər Əfqanıstandakı mövcud ağır vəziyyətə görə ilk növbədə məsul olan ölkələri Əfqanıstanın iqtisadi bərpası və gələcək inkişafı ilə bağlı öhdəliklərini sədaqətlə yerinə yetirməyə çağırıblar", - bəyanatda deyilib.

QAZİLER.AZ