Kiyev Macarıstanda 2026-cı ilə təyin edilmiş parlament seçkilərinə müdaxilə etməyə cəhd edir.
Qaziler.az xəbər verir ki, bu haqda Macarıstanın xarici işlər naziri Peter Siyarto “Facebook”da bildirib. Onun sözlərinə görə, Ukrayna onun Avropa İttifaqına daxil olmasını dəstəkləyən müxalifəti hakimiyyətə gətirməyə çalışır.
“Ukraynalılar Macarıstandakı seçkilərin nəticələrinə təsir etməkdə son dərəcə maraqlıdırlar”, - diplomat bildirib.
Nazir izahında qeyd edib ki, Ukrayna tərəfi başa düşür ki, hazırkı hökumət hakimiyyətdə qalarsa, onun qərarları yalnız Macarıstanın milli maraqları ilə diktə olunacaq. Bu halda Ukrayna Avropa İttifaqına daxil ola bilməyəcək.
“Əksinə, əgər Macarıstanda Brüsselin marionet hökuməti qurularsa, o zaman, təbii ki, Ukraynanın Aİ-yə daxil olması üçün bütün maneələr aradan qaldırılacaq”, - nazir əlavə edib.
QAZİLER.AZ