Misirin Şarm əl-Şeyx şəhərində keçirilən İsrail və HƏMAS arasında atəşkəsin əldə olunması və israilli girovların azad edilməsi ilə bağlı danışıqların ilk günü başa çatıb.
Bu barədə Misirin "Al-Qahera News" telekanalı məlumat yayıb.
Məlumata görə, məsləhətləşmələr "pozitiv atmosferdə" keçib. Danışıqların oktyabrın 7-də davam etdiriləcəyi gözlənilir.
İlk danışıqlar gününün digər aralıq nəticələri barədə hələlik məlumat verilmir.