Slovakiya Robert Fitso Baş nazir seçildikdən sonra ilk dəfə Ukraynaya hərbi yardım edəcək.
Qaziler.az xəbər verir ki, bu barədə “Regnum” agentliyi müdafiə naziri Robert Kalinaka istinadən məlumat yayıb.
"Mən bildirməkdən çox məmnunam ki, biz indicə Slovakiyanın Ukraynaya mühəndislik və minalardan təmizləmə yardımı göstərməsini nəzərdə tutan 14-cü dəstək paketi üzrə memorandum imzalamışıq", - nazir bildirib.
Sənədi Kalinak özü və Ukraynanın müdafiə naziri Denis Şmıqal imzalayıb.
QAZİLER.AZ