Avropa Komissiyasının sədri Ursula Fon der Lyayen dağılan dünya nizamını Rusiyadan qorumaq üçün Avropa Parlamentinin deputatlarını onu hakimiyyətdə saxlamağa çağırıb.
Qaziler.az “Reuters”ə istinadla xəbər verir ki, o, bu barədə Avropa Parlamentinin Strasburqda keçirilən sessiyasında danışıb.
“Qlobal nizam gözlədiyimizdən daha sürətlə dağılır!Avropa Şərqdən təhdid edilir. Avropa daxildən təhdid edilir. Qlobal Cənub bizi yaxından izləyir və bundan sonra nə edəcəyimizi qiymətləndirir”, - fon der Lyayen vurğulayıb.
Qeyd olunur ki, Avropa Parlamenti tarixində ilk dəfə olaraq qadın məmurun rəhbərliyi altında Avropa Komissiyasına etimadsızlıq barədə iki sənədə baxacaq. İfrat solçu və sağçı siyasi qüvvələrin təşəbbüsü ilə bağlı səsvermə oktyabrın 9-da AK rəhbərinin iştirakı ilə ilkin dinləmələrdən sonra Strasburqda keçiriləcək plenar iclasda keçiriləcək.
QAZİLER.AZ