Niderland Ukraynaya 55 milyon avro yardım ayıracaq

Niderland Ukraynaya 55 milyon avro yardım ayıracaq backend

Niderland Dünya Bankının Ukraynaya dəstək proqramlarına 55 milyon avro ayıracaq.

Qaziler.az TASS-a istinadla xəbər verir ki, bu barədə Baş nazir səlahiyyətlərini icra edən Dik Şof Kiyevdə keçirdiyi mətbuat konfransında bildirib.

“Biz yenidənqurma və islahat xərclərini ödəmək üçün Dünya Bankına 55 milyon avro ayırırıq”, - Dik Şof deyib.

Hollandiya 2022-ci ildən bəri Ukraynaya dəstək üçün 20,6 milyard avro ayırıb ki, bunun da 13,6 milyard avrosu hərbi yardımdır, - deyə Şof bildirib.

QAZİLER.AZ