Makron Lekornünün istefasından sonra təkbaşına gəzintiyə çıxıb

Makron Lekornünün istefasından sonra təkbaşına gəzintiyə çıxıb backend

Fransa prezidenti Emmanuel Makron Baş nazir Sebastyan Lekornünün istefasından sonra Sena sahillərində gəzintiyə çıxıb.

Qaziler.az xəbər verir ki, görüntülər BFMTV tərəfindən çəkilib.

Makron Parisin mərkəzində Site adasının Sena sahillərində bir neçə saat təkbaşına gəzib.

“Deyəsən mobil telefonu ilə danışır”, - teleaparıcı deyib.

Qeyd edək ki, Fransanın Baş naziri Sebastyan Lekornü oktyabrın 6-da istefa ərizəsini prezident Emmanuel Makrona təqdim edib. Fransa lideri Baş nazirin istefa ərizəsini qəbul edib. Lekornü təyinatından 27 gün sonra vəzifəsindən istefa verərək ölkə tarixində ən qısa müddətli Baş nazir olub.