Braziliya prezidenti Luis İnasiu Lula da Silva ABŞ prezidenti Donald Trampla telefon danışığı keçirib və onu Braziliyaya tətbiq edilən rüsumları qaldırmağa çağırıb.
Qaziler.az bildirir ki, bu barədə RİA “Novosti” Lulanın mətbuat xidmətinə istinadən xəbər verir.
"O, yerli məhsullara tətbiq edilən 40%-lik tarifin götürülməsini və Braziliya rəsmilərinə qarşı məhdudlaşdırıcı tədbirlərin ləğvini xahiş edib", - məlumatda deyilir.
Söhbət yarım saat davam edib və “dostluq şəraitində” keçib. İki lider Malayziyada keçiriləcək ASEAN sammitində baş tuta biləcək təkbətək görüşə razılaşıblar. Braziliya lideri ABŞ-yə səfərə hazır olduğunu da bildirib.
Xatırladaq ki, iyulun 30-da Tramp Braziliya mallarına əlavə 40% rüsum tətbiq edib. Nəticədə Latın Amerikası ölkəsindən gələn malların ümumi tarifi 50%-ə çatıb.
QAZİLER.AZ