Avronun çökməsinə səbəb olan Fransanın Baş naziri Sebastyan Lekornü və hökumətinin istefası Fransada siyasi böhranı daha da gücləndirib.
Qaziler.az xəbər verir ki, bu barədə “Politico” yazır.
"Lekornünün istefası Fransada onsuz da geniş yayılmış siyasi qeyri-sabitliyi daha da gücləndirir və çox güman ki, prezidentə təzyiqi artıracaq", - yazıda qeyd olunub.
Nəşr qeyd edib ki, baş verənlər Fransa lideri Emmanuel Makronu xaosa sürükləyir.
Qeyd edək ki, Fransanın Baş naziri Sebastyan Lekornü oktyabrın 6-da istefa ərizəsini prezident Emmanuel Makrona təqdim edib. Fransa lideri Baş nazirin istefa ərizəsini qəbul edib. Lekornü təyinatından 27 gün sonra vəzifəsindən istefa verərək ölkə tarixində ən qısa müddətli Baş nazir olub.
QAZİLER.AZ