Fransanın istefa verən Baş naziri Sebastyan Lekornü prezident Emmanuel Makronun göstərişi ilə ölkədə sabitliyi təmin etmək üçün siyasi qüvvələrin nümayəndələri ilə görüşməyi planlaşdırır.
Qaziler.az xəbər verir ki, o, bu barədə “X” sosial media platformasında məlumat verib.
"Mən respublika prezidentinin ölkənin sabitliyini təmin etmək üçün siyasi qüvvələrlə yekun müzakirələrin aparılması xahişini qəbul etdim. Çərşənbə günü, oktyabrın 8-i axşam bunun mümkün olub-olmaması barədə dövlət başçısına məlumat verəcəyəm ki, o, bütün lazımi nəticələr əldə edə bilsin", - Lekornü yazıb.
Oktyabrın 6-da Yelisey Sarayı Fransanın baş naziri Sebastien Lecornunun istefa ərizəsini təqdim etdiyini və Makronun da bunu qəbul etdiyini açıqlayıb.
Qeyd edək ki, Fransanın Baş naziri Sebastyan Lekornü oktyabrın 6-da istefa ərizəsini prezident Emmanuel Makrona təqdim edib. Dövlət başçısı istefa ərizəsini qəbul edib. Lekornü təyinatından 27 gün sonra vəzifəsindən istefa verərək ölkə tarixində ən qısa müddətli Baş nazir olub.
QAZİLER.AZ



