Fransada nazirlər kabinetdəki bir günlük iş üçün nə qədər maaş alır?

Fransada nazirlər kabinetdəki bir günlük iş üçün  nə qədər maaş alır? backend

Fransada nazirlər kabinetdəki bir günlük işinə görə 28 min avro alırlar. Mövcud qaydalara görə, vəzifədən gedən hər bir nazir vergidən əvvəlki üç aylıq əmək haqqına bərabər müavinət almaq hüququna malikdir.

Qaziler.az xəbər verir ki, bu barədə "Le Monde" yazır.

Qeyd olunur ki, bu hüquq avtomatikdir və onların hökumətdə işləmə müddətindən asılı deyil. Odur ki, oktyabrın 5-də təyin edilmiş və Baş nazir Sebastyan Lökornünün istefasından sonra istefa vermiş nazirlər, hətta bir gündən az müddətə vəzifədə olsalar belə, müavinət almaq hüququna malikdirlər.

Qeyd edək ki, Fransanın Baş naziri Sebastyan Lökornü istefa ərizəsini prezident Emmanuel Makrona təqdim edib. Dövlət başçısı istefa ərizəsini qəbul edib. Lökornü təyinatından 27 gün sonra vəzifəsindən istefa verərək ölkə tarixində ən qısa müddətli baş nazir olub.

QAZİLER.AZ