Misirdə HƏMAS və İsrail arasında danışıqlar başlayıb

Misirdə HƏMAS və İsrail arasında danışıqlar başlayıb backend

Misirdə ABŞ-nin vasitəçiliyi ilə Fələstinin HƏMAS hərəkatı ilə İsrail arasında danışıqlar başlayıb.

Bu barədə "Report" "Əl-Cəzirə"yə istinadən xəbər verir.

HƏMAS cümə günü ABŞ Prezidenti Donald Trampın təklif etdiyi Qəzza üzrə sülh planına cavabını təqdim edib. Qeyd olunası məqam odur ki, fələstinli qruplaşma Qəzza administrasiyasını bir qrup texnokratlara təhvil verməyə və fələstinli məhbusların qarşılığında bütün israilli məhbusları azad etməyə razılaşıb.

ABŞ Prezidenti bu cavabı alqışlayıb və İsraili bombardmanı dərhal dayandırmağa çağırıb. Bununla belə, agentliyin məlumatına görə, HƏMAS-ın cavabından sonra 72 saat ərzində İsrailin hücumları nəticəsində Qəzzada azı 130 fələstinli həlak olub.