Moldova oktyabrın 6-da Vahid Avro Ödəniş Sahəsinin (SEPA) tamhüquqlu üzvü olub.
Qaziler.az bildirir ki, bu barədə Moldova Milli Bankının mətbuat xidmətinə istinadən RBC-Ukrayna məlumat yayıb.
“Bu gündən, 6 oktyabr 2025-ci il tarixindən Moldova Respublikası Vahid Avro Ödəniş Sahəsinin (SEPA) – 41 Avropa ölkəsini birləşdirən və vətəndaşlara və bizneslərə sürətli, təhlükəsiz və sərfəli, hətta faizsiz avro köçürmələri təklif edən infrastrukturun bir hissəsi olacaq”, - bəyanatda deyilir.
Moldova Milli Bankının rəhbəri Anka Draqu ölkənin SEPA-ya qoşulmasını “Avropaya gedən yolda tarixi addım” adlandırıb.
QAZİLER.AZ