Yaponiyada vəhşi heyvan kolların arasından sıçrayaraq turistə hücum etdi

Yaponiyada vəhşi heyvan kolların arasından sıçrayaraq turistə hücum etdi backend

Yaponiyanın Gifu prefekturasında ayı balası ispan turistə hücum edib.

Qaziler.az bildirir ki, bu barədə “The Independent” yazır.

Hadisə bazar günü, oktyabrın 5-də YUNESKO-nun Ümumdünya İrs Siyahısına daxil edilmiş Şirakava-qo kəndində baş verib.

Turist avtobus dayanacağının yanında foto çəkdirərkən vəhşi heyvan qəfildən yaxınlıqdakı kolların arasından sıçrayaraq adamı çırmaqlayıb və meşədə gözdən itib.

İspanyalı turist sağ çiynindən yüngül zədə alıb.

Daha sonra polis əməkdaşları hadisə yerinin yaxınlığında ayı balasının izlərini aşkar ediblər.

Yerli hakimiyyət orqanları fövqəladə əməliyyat qrupu yaradıb və əraziyə patrul etmək üçün lisenziyalı ovçular göndərib.

QAZİLER.AZ