Gürcüstanda keçirilən seçkiləri nə demokratik, nə də azad adlandırmaq olmaz - Latviya XİN

Gürcüstanda keçirilən seçkiləri nə demokratik, nə də azad adlandırmaq olmaz - Latviya XİN backend

Müxalifət liderlərinin saxlanıldığı, media və vətəndaş cəmiyyəti nümayəndələrinin təqib edildiyi, ATƏT/DTİHB-nin müşahidə missiyasının dəstəyi olmadan keçirilən seçkiləri demokratik və azad adlandırmaq olmaz.

Qaziler.az bildirir ki, bu barədə məlumatı Latviya Xarici İşlər Nazirliyi yayıb.

"Gürcüstan hakimiyyəti qanunsuz həbs edilənlərin hamısını azad etməlidir", - nazirliyin bəyanatında deyilir.

Latviya Xarici İşlər Nazirliyi də hakim “Gürcü arzusu” partiyasını inklüziv dialoqu davam etdirməyə çağırıb.

“Biz sakitliyə və təmkinli olmağa çağırırıq, həmçinin “Gürcü Arzusu”nu Gürcüstan vətəndaşları ilə inklüziv dialoqu davam etdirməyə çağırırıq”, - bəyanatda deyilir.

QAZİLER.AZ