İndoneziyada məktəb binasının uçması nəticəsində ölənlərin sayı 49-a çatıb

İndoneziyada məktəb binasının uçması nəticəsində ölənlərin sayı 49-a çatıb backend

Qaziler.az TRT-Haber-ə istinadən bildirir ki, İndoneziyanın Şərqi Yava əyalətində qeyri-qanuni mərtəbələrin əlavə edildiyi internat məktəbi binasının uçması nəticəsində ölən şagirdlərin sayı 49-a çatıb.

Sentyabrın 29-da icazəsiz iki yeni mərtəbədə tikintisinə başlanılan Sidoarco şəhərində internat məktəbi binasının uçduğu yerdə axtarış-xilasetmə işləri davam edir.

Səlahiyyətlilər 49 şagirdin öldüyünü, 103 nəfərin yaralandığını bildirib.

Səlahiyyətlilər, altı şagirdin ağır xəsarətlər aldığını, 97 nəfərin isə müalicədən sonra evə buraxıldığını bildirdi.

Rəsmilər bildiriblər ki, bina icazəsiz tikilən iki yeni mərtəbə üçün tökülən betona tab gətirə bilmədiyi üçün çöküb. Onlar həmçinin bildirdilər ki, bina çökdükdən sonra yalnız bir şagird sağ-salamat xilas edilib.

Məktəb rəhbərliyi hələlik açıqlama verməyib.

Polis hadisə ilə bağlı hərtərəfli araşdırma aparacaq.

QAZİLER.AZ