Praqada hava limanı dron təhlükəsinə görə hərəkətə keçib

Praqada hava limanı dron təhlükəsinə görə hərəkətə keçib backend

Pilotsuz təyyarə ilə bağlı telefon təhdidindən sonra Praqanın “Vatslav Havel” beynəlxalq hava limanında qabaqlayıcı təhlükəsizlik tədbirləri həyata keçirilir.

Qaziler.az bildirir ki, ČTK xəbər agentliyinin verdiyi məlumata görə, xəbəri hava limanının mətbuat katibi Denis Heytmankov təsdiqləyib.

Dronlarla bağlı daxil olan anonim təhdid səbəbindən polis Praqanın “Vatslav Havel” hava limanında əməliyyat keçirir. Hazırda hava limanı məhdudiyyətsiz işləyir”, - mətbuat katibi qeyd edib.

Açıqlamada bildirilib ki, ingiliscə danışan naməlum şəxs PUA təhlükəsi ilə bağlı zəng edərək, əraziyə çoxsaylı dronların göndərildiyini deyib

QAZİLER.AZ