ABŞ prezidenti Donald Tramp müdafiə naziri Pit Heqsetə Portlenddəki iğtişaşlarla mübarizə aparmaq və ABŞ İmmiqrasiya və Gömrük Mühafizəsi (ICE) obyektlərini qorumaq üçün bütün lazımi hərbi qüvvələri yerləşdirməyi əmr edib.
Qaziler.az TASS-a istinadən xəbər verir ki, bu barədə Ağ Evin mətbuat katibi Karolin Levitt brifinq zamanı bildirib.
"Prezident nazir Heqsete müharibədən zərər çəkmiş Portlendi, “Antif”a və digər solçu yerli terrorçuların hücumu altında olan hər hansı ICE obyektlərini qorumaq üçün bütün lazımi qoşunları yerləşdirməyi əmr etdi", - Ağ Evin mətbuat katibi deyib.
QAZİLER.AZ