Dövlət Dumasının deputatı Mixail Matveyev Xantı-Mansi muxtar dairəsindəki məktəblərdə niqab və hicab geyinməyə qadağa qoyulmasını xatırladaraq, qərarı qanuni və əsaslı adlandırıb.
Qaziler.az xəbər verir ki, o, bu barədə “Telegram” kanalında məlumat verib.
"Qərar tamamilə qanuni və əsaslıdır. Dünyəvi ümumtəhsil məktəbi dini nümayişlər üçün yer deyil. Dindarlığı yüksək olanlar dini məktəblərdə oxuya və ya evdə təhsil ala bilərlər", - deputat bildirib.
Oktyabrın 3-də rayon Təhsil və Elm İdarəsi bildirib ki, rayonun bütün 303 məktəbində valideyn komitələrinin və ictimaiyyətin rəyi nəzərə alınaraq, dini mənsubiyyətindən asılı olmayaraq bütün növ baş örtüyü, o cümlədən niqab və hicab qadağası barədə qərar qəbul edilib.
Qadağanın məktəb daxilində baş örtüyü, papaq və ya təsək olmasından asılı olmayaraq bütün baş geyimlərinə eyni dərəcədə şamil edildiyi vurğulanıb.
QAZİLER.AZ