Türkiyə Sumud flotillada olan vətəndaşlarını geri qaytarmağı düşünür

Türkiyə Sumud flotillada olan vətəndaşlarını geri qaytarmağı düşünür backend

Türkiyə İsraildən gələn xüsusi reyslə flotillada olan vətəndaşlarını geri qaytarmağı düşünür.

Qaziler.az RİA "Novosti"yə istinadən xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyinin sözçüsü Oncü Keçeli məlumat verib.

"Bu gün konsulluq əməkdaşları İsrailin cənubundakı təcridxanada vətəndaşlarımıza baş çəkiblər. Bu, onların ilk səfəri idi. Artıq səkkiz saatdır ki, əməkdaşlarımız oradadır, vətəndaşlarımızla əlaqə saxlayır", - Türkiyə XİN sözçüsü deyib.

Diplomatın sözlərinə görə, Türkiyə vətəndaşlarının səhhəti qənaətbəxş kimi qiymətləndirilir.

Qeyd edək ki, oktyabrın 1-i axşam saatlarında İsrail hərbi gəmiləri Qəzzaya yardım aparan “Sumud” adlı gəmi karvanını mühasirəyə alaraq, ondan istiqamətini dəyişməsini və döyüş zonasından uzaqlaşmasını tələb ediblər. İsrail hökuməti donanmanı təxribat cəhdində ittiham edib.

QAZİLER.AZ