Vuçiç Kosovonu müharibə ilə hədələyib

Vuçiç Kosovonu müharibə ilə hədələyib backend

Vuçiç Kosovo prezidentinin sözlərinə “müharibə yaxınlaşır” ifadəsi ilə cavab verib.

Serbiya prezidenti Aleksandar Vuçiç  Kosovo Respublikasının prezidenti Vyoşa Osmaninin Rusiya və Serbiyanın Avropaya ən böyük təhlükə yaratdığı haqda iddiasına “müharibə yaxınlaşır” ifadəsi ilə cavab verib.

Qaziler.az bildirir ki, Serbiya liderinin Balkanlarda silahlı münaqişə təhlükəsi ilə bağlı sözlərini Danas nəşri sitat gətirir.

Onun sözlərinə görə, Priştinada (Kosovonun paytaxtı) hakimiyyət separatçı ərazinin şimalında serb xalqını təqib etməkdə davam edir. Beləliklə, Vuçiç qeyd edir ki, Kosovo rəhbərliyi “müharibədən əvvəlki dövrdən” öz məqsədləri üçün istifadə edir.

"Mən bunu açıq deyirəm, çünki müharibə yaxınlaşır. Onlar fürsətdən istifadə edərək, əksər NATO ölkələrini və avropalıları Serbiyaya qarşı yönəltmək istəyirlər. Biz onlara bu imkanı verməyəcəyik", - Vuçiç bəyan edib.

QAZİLER.AZ