ABŞ-də alpinist El-Kapitana qalxarkən həlak olub

ABŞ-də alpinist El-Kapitana qalxarkən həlak olub backend

ABŞ-da 23 yaşlı məşhur alpinist El-Kapitan dağından yıxılaraq ölüb.

Qaziler.az bildirir ki, bu barədə oktyabrın 2-də "The New York Post" (NYP) məlumat yayıb.

 "Məşhur Alyaskalı alpinist Yosemit Milli Parkında El-Kapitandan yıxılaraq ölüb", - məlumatda deyilir.

Anasının sözlərinə görə, alpinist Balin Miller bədbəxt hadisə nəticəsində dünyasını dəyişib.

Nəşr yazır ki, Miller beynəlxalq diqqəti cəlb edən təcrübəli alpinist olub. O, Mak-Kinli dağına ilk dəfə təkbaşına qalxıb. Bu, texniki cəhətdən çətin bir marşrut idi və onu tamamlaması 56 saat çəkib.

QAZİLER.AZ