NATO quru qüvvələrinin qərargahı Rusiya sərhədi yaxınlığında açılıb

NATO quru qüvvələrinin qərargahı Rusiya sərhədi yaxınlığında açılıb backend

Finlandiyanın Rusiya sərhədi yaxınlığındakı Mikkeli şəhərində NATO quru qüvvələrinin qərargahı açılıb.

Finlandiyanın Rusiya sərhədi yaxınlığındakı Mikkeli şəhərində NATO Quru Qoşunları Komandanlığı Mərkəzi (MCLCCC) açılıb.

Qaziler.az bildirir ki, bu barədə Finlandiya Müdafiə Nazirliyi məlumat yayıb.

"Bu, Finlandiya, NATO və Mikkeli üçün tarixi bir gündür. Biz Finlandiyanın təhlükəsizliyini mümkün qədər gücləndirmək üçün 2023-cü ilin payızında NATO Qərargahına tabe olan bir qərargah yaratmağı qarşımıza məqsəd qoymuşuq. NATO Müdafiə Nazirləri Toplantısı 2024-cü ilin iyun ayı üçün hədəfimizi təsdiqlədi. İndi, bir il sonra baş qərargahı açırıq", - deyə ölkənin müdafiə naziri Antti Hakkanen bildirib.

O əlavə edib ki, qərargahın açılması “NATO-nun şimal regionunun müdafiəsini və Finlandiyanın təhlükəsizliyini gücləndirəcək”.

Sülh dövründə qüvvələr alyans ölkələrinin və Finlandiya Silahlı Qüvvələrinin hərbçiləri də daxil olmaqla 50 şəxsi heyətdən ibarət olacaq.

QAZİLER.AZ