“Krım kimindir?” sualı Litvanın mədəniyyət nazirinə baha başa gəldi

“Krım kimindir?” sualı Litvanın mədəniyyət nazirinə baha başa gəldi backend

Litva mədəniyyət naziri İqnotas Adomaviçyusin “Krım kimindir” sualına cavabı vəzifəsini itirməklə nəticələnib.

Qaziler.az bildirir ki, bu barədə Lryras.lt portalı yazır.

Nəşrin yazdığına görə, nazirin fəaliyyəti onun vəzifədə olduğu bütün bir ay ərzində narazılıqlara səbəb olub. Bununla belə, media qurumu aydınlaşdırır ki, onun işdən çıxarılmasına Adomaviçyusun “Krım kimindir?” sualına birbaşa cavab verə bilmədiyi müsahibə səbəb olub.

“Bunlar təxribat xarakterli suallardır, gəlin onlara toxunmayaq, çünki bu, heç Mədəniyyət Nazirliyinə də aid deyil”, - deyə nazir jurnalistin sualını cavablandırıb.

Avqustun əvvəlində Litva hökuməti keçmiş baş nazir Gintautas Paluckas-la bağlı korrupsiya qalmaqalı fonunda istefa verib. Az sonra yeni hökumət quruldu və Adomaviçyus təxminən bir aya qədər bu vəzifədə qaldı.

QAZİLER.AZ