PUA-lar Münhen hava limanının işini dayandırıb

PUA-lar Münhen hava limanının işini dayandırıb backend

Münhen hava limanı yaxınlığında pilotsuz uçan aparatların (PUA) müşahidə olunmasından sonra müvəqqəti olaraq bağlanıb.

Apa xəbər verir ki, bu barədə “Associated Press“ hava limanın rəsmilərinə istinadən məlumat yayıb.

Məlumata görə, Almaniyanın hava nəqliyyatına nəzarət orqanı PUA-lar havada peyda olandan sonra qısa müddət sonra hava limanında uçuşlara məhdudiyyət qoyub və daha sonra onları tamamilə dayandırıb.

Rəsmilərin sözlərinə görə, 17 təyyarə havaya qalxa bilməyib və bu, təxminən 3,000 sərnişinə təsir edib. Eyni zamanda, 15 eniş edən reys Almaniyadakı digər üç hava limanına və Avstriyanın Vyana şəhərinə yönləndirilib.

Dronların bu uçuşlarının arxasında kimin dayandığı hələlik məlum deyil, lakin Avropa rəsmiləri Rusiyanın bu işin arxasında ola biləcəyindən narahat olduqlarını bildiriblər. Rusiya rəsmiləri isə Danimarkada baş verən son dron hadisələri ilə əlaqələrinin olduğunu inkar ediblər.