Putin Avropa İttifaqını "zəifləyən mərkəz" adlandırıb

Putin Avropa İttifaqını "zəifləyən mərkəz" adlandırıb backend

Putin Avropa İttifaqını güclü, lakin "zəifləyən mərkəz" adlandırıb

Rusiya prezidenti Vladimir Putin Avropa İttifaqını güclü, lakin sönməkdə olan mərkəz adlandırıb.

Avropa İttifaqı (Aİ) güclü, lakin zəifləyən mərkəzdir. Rusiya prezidenti Vladimir Putin bunu oktyabrın 2-də Valday Beynəlxalq Diskussiya Klubunun XXII illik yığıncağın plenar iclasında deyib.

“Bu, güclü, sivilizasiya mərkəzidir, lakin sönməkdə olan bir mərkəzdir", - o, deyib.

Putinin sözlərinə görə, bu, hətta Avropa iqtisadiyyatında, xüsusən də Almaniyada artıq bir neçə ildir müşahidə olunan və növbəti dövr üçün proqnozlaşdırılan durğunluqla bağlı deyil.

Dövlət başçısı aydınlaşdırıb ki, Aİ-nin “sönməsi” “Avropa kimliyi ilə bağlı” fundamental şeylərin yoxa çıxması nəticəsində baş verir.

QAZİLER.AZ