Danimarka Milli Qvardiya sıralarına daxil olmaq istəyənlərin sayı artır

Danimarka Milli Qvardiya sıralarına daxil olmaq istəyənlərin sayı artır backend

Danimarkada Milli Qvardiyaya qoşulmaq üçün müraciət edənlərin sayında sürətli artım müşahidə olunub. Bu, ölkənin hava məkanında naməlum dronların iştirakı ilə baş verən insidentlərdən sonra baş verib.

Qaziler.az bildirir ki, bu barədə RBC-Ukrayna məlumat yayıb.

Son bir ayda 526 nəfər ərizə formasını doldurub. Onların 58%-i bunu Danimarka hava limanları və hərbi obyektlərin yaxınlığında naməlum dronları gördükdən sonra edib.

Milli Qvardiya lazım olduqda polisə və silahlı qüvvələrə kömək edən rəsmi Danimarka könüllü qüvvəsidir.

Onun sıralarında hava limanlarının və strateji obyektlərin patrulunda və mühafizəsində iştirak edə bilən təxminən 43 min nəfər var.

QAZİLER.AZ