Parisdə etirazçılar "Tesla"nın avtosalonuna hücum ediblər

Parisdə etirazçılar "Tesla"nın avtosalonuna hücum ediblər backend

Parisdə fransalı etirazçılar hökumətin təklif etdiyi qənaət tədbirləri və qiymət artımlarına qarşı kütləvi etirazlar zamanı “Tesla” şirkətinin dilerinə basqın ediblər.

Qaziler.az bu barədə “RİA Novosti”yə istinadla xəbər verir.

“Milyarderlərə nifrət edirik”, - etirazçılar qışqırıblar.

Sentyabr ayında Fransanın Baş naziri Sebasten Lekornyu “X” sosial şəbəkəsindəki səhifəsində sosial xərclərin azaldılmasına qarşı keçirilən genişmiqyaslı etirazlardan sonra həmkarlar ittifaqı nümayəndələri ilə məsləhətləşmələr aparmaq niyyətində olduğunu elan edib.

Lekornyu həmçinin hüquq-mühafizə və fövqəladə hallar xidmətinin əməkdaşlarına qarşı qanunsuz hərəkətləri, həmçinin Fransada törədilən vandalizm aktlarını pisləyib.

QAZİLER.AZ