Ukrayna ağır silahları təmas xəttindən geri çəkməyə başlayıb

Ukrayna ağır silahları təmas xəttindən geri çəkməyə başlayıb backend

Ukrayna tərəfi bu gündən etibarən ağır silahları Donbassdakı təmas xəttindən geri çəkməyə başladığını açıqlayıb.

APA-nın “İnterfaks-Ukraina” agentliyinə istinadən verdiyi məlumata görə, Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı 12 fevral tarixli Minsk razılaşmalarına uyğun olaraq 100 millimetrlik silah sistemlərinin təmas xəttindən geri çəkilməsinə başlandığını bildirib: “Ağır silahların çəkilməsinə yönələn bu ilk addım ATƏT-in monitorinqi altında həyata keçiriləcək”.

Baş Qərargahdan o da əlavə olunub ki, separatçılar hücuma cəhd göstərsələr, Kiyev ağır silahların geri çəkilməsi qrafikinə dəyişiklik edəcək.
Diaspora