Rusiya və Ukrayna növbəti əsir mübadiləsini həyata keçirib

Rusiya və Ukrayna növbəti əsir mübadiləsini həyata keçirib backend

Rusiya və Ukrayna növbəti əsir mübadiləsini həyata keçirib.

"Report" xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

Qeyd olunub ki, mübadilə "185-in 185" formulu ilə həyata keçirilib.

Eyni zamanda, Rusiya tərəfinə 20 mülki şəxsin təhvil verildiyi bildirilir.

Müdafiə Nazirliyindən qeyd edilib ki, mübadilə iyulun 23-də İstanbulda əldə edilmiş razılaşmalar çərçivəsində həyata keçirilib.