Petropavlovsk-Kamçatskidə biatlon üzrə məşq zamanı qız təsadüfən sinif yoldaşının gözünə atəş açıb.
Qaziler.az xəbər verir ki, bu barədə Rusiya Federasiyasının Kamçatka diyarı üzrə İstintaq Komitəsi məlumat yayıb.
Məlumata görə, hadisə idman məktəbində baş verib. Xəsarət alan məktəbliyə tibbi yardım göstərilib, onun həyatı və səhhəti hazırda təhlükə altında deyil.
Mətbuat xidmətinin məlumatına görə, məşq zamanı 11 yaşlı qız dayaqdan pnevmatik biatlon tüfəngini götürüb və məşq edərkən ehtiyatsızlıqdan başqa bir qıza atəş açıb. Nəticədə ehtiyatsızlıqdan 12 yaşlı şagirdin sağ gözü yaralanıb.
QAZİLER.AZ