"Max" messencerin istifadəçi bazası 40 milyonu ötüb

"Max" messencerin istifadəçi bazası 40 milyonu ötüb backend

Rusiyanın “Max” messencerinin ümumi istifadəçi bazası 40 milyonu ötüb.

Qaziler.az xəbər verir ki, bu barədə TASS messencerin mətbuat xidmətinə istinadən məlumat yayıb.

Tətbiq işə salındıqdan sonra istifadəçilər artıq 2 milyarddan çox mesaj göndərib və 500 milyondan çox zəng edib.

“Max” rəqəmsal platformasının beta versiyası mart ayında VK tərəfindən istifadəyə verilib. VK-nın baş direktoru Vladimir Kiriyenkonun sözlərinə görə, iyunun əvvəlində qeydiyyatdan keçmiş istifadəçilərin sayı 100-200 mini keçməyib.

Messenger mesajlaşma, səsli və video zənglər, dörd giqabayta qədər fayl paylaşımı təklif edir. Proqramı “App Store”, “RuStore” və “Google Play”dən yükləmək mümkündür.

QAZİLER.AZ