Danimarkanın Baş naziri Avropanı yenidən silahlanmağa çağırıb

Danimarkanın Baş naziri Avropanı yenidən silahlanmağa çağırıb backend

Avropa 2030-cu ilə qədər yenidən silahlanmalıdır, 2035-ci il çox gec olacaq.

Qaziler.az xəbər verir ki, bunu Danimarkanın Baş naziri Mette Frederiksen Avropa Komissiyasının saytında canlı yayımlanan Aİ liderlərinin Kopenhagendə keçirilən qeyri-rəsmi sammitində deyib

Siyasətçi qeyd edib ki, o, Avropanın heç nə etmədiyini iddia edə bilməz, çünki çox şey edir. Frederiksen ümid edib ki, bütün Avropa liderləri Ukraynanın bu gün ilk müdafiə xətti olduğunu anlayacaqlar.

"Mən iddia edirəm ki, əgər söhbət Avropanın tamamilə yenidən silahlanmasından gedirsə, 2035-ci il çox gecdir. Biz 2030-cu ilə qədər özümüzü tam müdafiə etmək qabiliyyətinə malik olmalıyıq", - danimarkalı Baş nazir bildirib.

QAZİLER.AZ