Bəşər Əsəd xəstəxanadan evə buraxılıb

Bəşər Əsəd xəstəxanadan evə buraxılıb backend

Suriyanın keçmiş prezidenti, hazırda Rusiyada gizlənən Bəşər Əsəd zəhərlənmə cəhdindən sonra xəstəxanadan buraxılıb.

Qaziler.az xəbər verir ki, bu barədə Suriya İnsan Haqları Müşahidə Qrupu “X” platformasında mənbəyə istinadən məlumat yayıb.

Mətndə keçmiş dövlət başçısının kiçik qardaşı Maher Əsədin xəstəxanada olan qohumunu ziyarət etməsinə qadağa qoyulduğu qeyd edilib. Bununla belə, prezident işləri üzrə keçmiş baş katibi Mənsur Əzzama isə icazə verilib.

Mənbənin sözlərinə görə, Əsədi zəhərləməyə cəhd edən şəxslər Rusiya hökumətini pis vəziyyətdə qoymaq niyyətində olublar. Onlar siyasətçinin zəhərlənməsinə görə məsuliyyət Moskvanın üzərinə atmaq istəyiblər.

QAZİLER.AZ