Ukrayna Aİ-yə üzvlük danışıqlarına tam hazırdır - Zelenski

Ukrayna Aİ-yə üzvlük danışıqlarına tam hazırdır - Zelenski backend

Ukrayna Aİ-yə daxil olmaq üzrə danışıqların birinci mərhələsinə başlamağa tam hazırdır. Kiyev öz qanunvericiliyinin Aİ tələblərinə uyğunluğunun yoxlanmasını başa çatdırıb.

Qaziler.az xəbər verir ki, bu barədə Ukrayna prezidenti Volodimir Zelenski öz “Telegram” kanalında məlumat verib.

"Biz Aİ-yə üzvlük danışıqlarının 1-ci klasterini - "təməllər" klasterini açmağa tam hazırıq. Bu məsələdə real irəliləyiş lazımdır", - Zelenski qeyd edib.

Ukrayna lideri hesab edir ki, Avropa vədlərinə əməl etməlidir.

QAZİLER.AZ