ABŞ prezidenti Donald Tramp 4 həftə sonra Çin Xalq Respublikasının sədri Si Cinpinlə görüşəcəyini açıqlayıb.
Qaziler.az xəbər verir ki, bu barədə Tramp özünün “TruthSocial” sosial şəbəkəsindəki səhifəsində paylaşım edib.
"Amerikalı soya fermerləri əziyyət çəkir, çünki Çin sırf "danışıqlar" səbəbi ilə soya almağı dayandırıb. Biz tariflərdən o qədər çox pul əldə etmişik ki, bu vəsaitin kiçik bir hissəsini götürüb fermerlərimizə kömək edəcəyik", - Ağ Ev rəhbəri yazıb.
O, həmçinin bildirib ki, ABŞ-nin keçmiş prezidenti Co Bayden Vaşinqton və Pekin arasında Çindən milyardlarla dollarlıq Amerika kənd təsərrüfatı məhsullarını almağı tələb edən sazişi yerinə yetirə bilməyib.
Tramp qarşıdakı görüşdə soyanın əsas müzakirə mövzularından biri olacağını vurğulayıb.
QAZİLER.AZ