Pentaqon Ukraynaya təyyarə hissələrinin tədarükü üçün müqavilə imzalayıb

Pentaqon Ukraynaya təyyarə hissələrinin tədarükü üçün müqavilə imzalayıb backend

Pentaqon “Intuitive Research and Technology Corp.”la ABŞ ordusu, federal agentliklər və Ukraynaya təyyarə hissələrinin tədarükü üçün 179,5 milyon dollarlıq müqavilə imzalayıb.

Qaziler.az “Reuters”ə istinadla xəbər verir ki, bu barədə Pentaqon bəyanat yayıb.

"Intuitive Research and Technology Corp.”, “Huntsville”, “Alabama” təyyarə hissələrinin tədarükü üçün 179 milyon 460 min 689 dollar dəyərində sabit ödənişli müqavilə imzalayıb”, - sənəddə deyilir.

QAZİLER.AZ