2028-ci ilə qədər Finlandiyanın Kuopio şəhərindəki “Karelian Air Wing” bazasında gələcək “F-35” qırıcıları üçün infrastruktur qurulacaq.
Qaziler.az xəbər verir ki, bu barədə RİA “Novosti” Finlandiya Hərbi Hava Qüvvələrinə istinadən məlumat yayıb.
Obyekt Finlandiyada “F-35” üçün ikinci əsas baza olacaq. Rusiyanın Helsinkidəki səfiri Pavel Kuznetsovun qeyd etdiyinə görə, Finlandiya Hərbi Hava Qüvvələrinin 2026-cı ildə alacağı yeni təyyarə nüvə silahı daşımaq qabiliyyətinə malikdir.
Hərbi Hava Qüvvələri bildirib ki, hazırda “Karelian Air Wing”in Rissala bazasında qoruyucu strukturlar, texniki xidmət obyektləri, təlim, anbar və aerodrom obyektləri tikilir. 2028-2030-cu illər arasında orada həm “F/A-18”, həm də “F-35A” qırıcıları işlədiləcək.
QAZİLER.AZ