BMT-nin baş katibi Antonio Quterreş Ukraynanın rusdilli sakinlərinin öz ana dillərində danışmaq və öyrənmək hüququnu dəstəkləyir.
Qaziler.az RİA "Novosti"yə istinadən xəbər verir ki, bu barədə Baş katibin rəsmi nümayəndəsi Stefan Düjarrik brifinq zamanı bildirib.
“Baş katibə tamamilə aydın olan odur ki, insanların öz dillərində danışmaq və ana dilini öyrənmək üçün ayrılmaz hüququ var”, - Stefan Düjarrik Baş katibin Ukraynada rusdilli sakinlərin hüquqları ilə bağlı mövqeyini şərh etmək üçün agentliyin sorğusuna cavab olaraq bildirib.
QAZİLER.AZ