Oktyabrın 1-dən bəzi Ukrayna vətəndaşlarının səhiyyə xidmətlərinə çıxışı məhdudlaşdırılıb.
Qaziler.az xəbər verir ki, bu barədə PAP xəbər agentliyi məlumat yayıb.
"Bu dəyişikliklər Polşada tibbi sığortası olmayan Ukrayna vətəndaşlarına şamil edilir. Lakin qanuna əsasən, onların Polşada olması qanuni sayılır və onların tibbi yardım almaq hüququ var", - məlumatda deyilir.
Qeyd edilib ki, dəyişikliklər uşaqlara şamil edilmir.
Eyni zamanda vurğulanıb ki, 18 yaşdan yuxarı ukraynalılar artıq sanatoriyalarda müalicə və reabilitasiya ala, Səhiyyə Nazirliyinin proqramları çərçivəsində dərman ala, diş həkiminə pulsuz müraciət edə, orqan transplantasiyası xidmətləri ala və bir sıra digər xidmətlərdən yararlana bilməyəcəklər.
QAZİLER.AZ