Fitso Aİ-nin Danimarka sammitinə getməyib - SƏBƏB

Fitso Aİ-nin Danimarka sammitinə getməyib -  SƏBƏB backend

Slovakiyanın baş naziri Robert Fitso oktyabrın 1-2-də Danimarkada keçiriləcək Aİ və Avropa Siyasi Birliyinin sammitlərində iştirak etməyəcək.

Qaziler.az-ın məlumatına görə, aktuality.sk xəbər verir ki, bu barədə Slovakiya hökumətinin sözçüsü Aleksandr Kovaç məlumat verib.

“Slovakiyanın baş naziri Robert Fitso sui-qəsd cəhdi ilə bağlı səhhətinin pisləşməsi ilə əlaqədar Avropa Şurasının qeyri-rəsmi sammitində və Avropa Siyasi Birliyinin sammitində iştirak etmədiyinə görə üzr istəyib”, - Kovaç bildirib.

Sammitlərdə iştirak etməklə yanaşı, Fikonun Kopenhagendə Almaniya kansleri Fridrix Merzlə də görüşü nəzərdə tutulmuşdu. Bu danışıqlar da ləğv edilib.

QAZİLER.AZ