Almaniyanın Münhen şəhərində partlayış və atəş səsləri eşidilib

Almaniyanın Münhen şəhərində partlayış və atəş səsləri eşidilib backend

Almaniyanın Münhen şəhərinin şimalında səhər saatlarından polis və yanğınsöndürənlərin iştirak etdiyi genişmiqyaslı əməliyyat davam edir. Əraziyə xüsusi əməliyyat qrupları və bomba zərərsizləşdirilməsi üzrə mütəxəssislər də göndərilib. Polis hadisənin "Oktoberfest"lə əlaqəli ola biləcəyinə inanır. Dünyanın ən böyük festivallarından biri olan Oktoberfest təhlükəsizlik səbəbiylə bağlanıb.

Qaziler.az bildirir ki, BILD-nin məlumatına görə, şəhərdə çoxsaylı partlayışlar baş verib, atışma səsləri də eşidilib.

Yanğınsöndürmə bölməsinə yerli vaxtla səhər saat 4:40 radələrində ilk məlumat evdə yanğınla bağlı olub. Hadisə yerinə gələndən az sonra partlayış səsləri ilə bağlı əlavə zənglər edilib. Bir avtobusun tamamilə yandığı, ətrafı köpüklə əhatə edildiyi bildirilir.

Şəhər yaxınlığındakı göldə kişi meyiti tapılıb. Polis bildirib ki, həmin şəxs yanğın baş verən evə partlayıcı yerləşdirib və sonra intihar edib.

BILD xəbər verir ki, sözügedən ev ölən şəxsin valideynlərinə məxsus olub. Cəsədin üzərində tapılan kürək çantasında başqa bir partlayıcının olması ehtimalı səbəbiylə bölgəyə bomba məhv etmə qrupları sövq edildi. Hadisədən sonra bir nəfərin itkin düşdüyü bildirilir.

Münhen merinin sözlərinə görə, hadisə ilə bağlı ola biləcək məktub aşkarlanıb. Səlahiyyətlilər riski istisna edə bilməyəcəklərini bildirib və festival ərazisinin bağlı qalacağını açıqlayıblar.

Hadisənin baş verdiyi küçə geniş ərazidə nəqliyyatın hərəkətinə bağlanıb. Polis sakinləri ərazidən uzaq durmağa çağırıb.

QAZİLER.AZ