Rusiya prezidenti Vladimir Putinin adından Bəhreyn kralı Həməd bin İsa Əl-Xəlifəyə hədiyyə olaraq iki Kamçatka-Çukot şahini hədiyyə edilib.
Bu nadir yırtıcı quşlar "Kamçatka" şahinlər mərkəzində xüsusi olaraq yetişdirilib.
Qaziler.az bildirir ki, bu barədə Rusiya Təbii Sərvətlər Nazirliyinin mətbuat xidməti sentyabrın 30-da məlumat yayıb.
Qeyd olunur ki, şahinlər Rusiya Federasiyasının "Qırmızı Kitab"ına daxil edilib və həssas növdür.