Pentaqonun terrorizm və İŞİD üzrə hesabatlardakı boşluqları araşdıran idarəsinin rəisi Con Raymer istefaya gedib. APA TV-nin Vesti.ru-ya istinadən xəbərinə görə, o, istefa qərarının səbəblərini açıqlamasa da deyib ki, bu qərarı qəbul etmək olun üçün asan olmayıb.
Qeyd edək ki, Pentaqon ABŞ Silahlı Qüvvələri Mərkəzi Qərargah rəhbərliyinin İŞİD ilə mübarizə barəsində hesabatlardakı faktları necə təhrif etdiyini araşdırır. İstintaqın gəldiyi qənaətə görə, sözü gedən hesabatlarda əldə olunan uğurlar və terrorçuların itkiləri barədə məlumatlar saxtalaşdırılıb.